Çin Koreyaya həkimlər göndərdi — Kim Çenə görə

Şimali Koreya lideri Kim Çen İnin vəziyyətinin kritik olması barədə xəbərlər yayıldıqdan sonra Çin bu ölkəyə bir qrup tibbi ekspert göndərib.

Millitribuna.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın vəziyyətinin kritik olması barədə xəbərlər yayıldıqdan sonra Çin bu ölkəyə bir qrup tibbi ekspert göndərib.

Bundan əvvəl xəbər verilmişdi ki, Kim Çen In Yapon dənizinin Şərqi Koreya körfəzinin sahilindəki villasında özünü təcrid edib. Onun ötən həftə koronavirusdan qorunmaq üçün Pxenyanı tərk etdiyi iddia edilir. Bəzi məlumatlara görə Kimin yaxın ətrafındakı şəxslərdə koronavirus aşkarlanıb.

Məlumata görə, həkimlər Şimali Koreyaya aprelin 23-də göndərilib. Heyətə Çin Kommunist partiyasının Mərkəzi komitəsinin beynəlxalq şöbəsinin yüksək rütbəli nümayəndəsi rəhbərlik edir.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Kim Çen Inın kritik vəziyyətdə olduğu haqda xəbər vermişdi. Daha sonra «Reuters» isə onun komada olduğunu yazmışdı. Kim Çen İnin səhhəti ilə bağlı spekulyasiyalar onun Şimali Koreyanın qurucusu olan babası Kim İR Senin aprelin 15-də baş tutan ad günü mərasimlərinə qatılmamasından sonra yaranıb. Həmin vaxtdan onu görən olmayıb.

Bu gün bəzi mənbələr Kim Çen İnin öldüyünü iddia edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *