Cəlilabadda yol qəzası: 1 ölü, 1 yaralı

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Maşlıq kəndinin ərazisində Mahir Nəzərov özünə məxsus “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sərnişinlər Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov müxtəlif bədən xəsarətləri ilə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar.

Tural Kərimov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *