Britaniyada PUA-lar xəstəxanalara dərman çatdıracaq

Britaniyada tibbi avadanlıqların, dərman vasitələrinin pilotsuz uçuş aparatları ilə (PUA) xəstəxanalara çatdırılmasının sınaqları həyata keçiriləcək.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat naziri Qrant Şapps məlumat verib.

“Tibb məhsullarının xəstəxanalara çatdırılmasında PUA-dan istifadəyə “yaşıl işıq” verdim. Sınaqlar gələn həftə başlayacaq, PUA yükü Uayt adasındakı Müqəddəs Meri xəstəxanasına çatdıracaq”, — nazir belə deyib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *