Bakıda 31 yaşlı kişi bıçaqlandı

Bakı sakini tanışını bıçaqlayıb.

Millitribuna.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsi Südçülük sovxozunda baş verib.

Həmin ərazidə yaşayan, 1988-ci il təvəllüdlü Sabir Məmmədov tanışı 1989-cu il təvəllüdlü Elşən İbrahimovla mübahisə edib. Mübahisə davaya çevrilib və S.Məmmədov E.İbrahimovu bıçaqlayıb. Yaralı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. (trend)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *