“Azərsun Holdinq” Ramazan sovqatı paylayıb — Foto

Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan və hər zaman Azərbaycanın sosial, mədəni, tarixi dəyərlərinə xüsusi həssaslıqla yanaşan «Azərsun Holdinq” Ramazan bayramı ilə əlaqədar sosial layihə həyata keçirib.

“Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq ölkəmizdə işsizliyin azaldılmasında mühüm rol oynayan “Azərsun Holdinq” həmçinin mütəmadi olaraq sosial layihələr reallaşdırır.

Müqəddəs Ramazan ayının başlaması ilə əlaqədar holdinq əməkdaşları Masazır və ətraf ərazilərdə yaşayan yüzlərlə aztəminatlı ailəni ziyarət edib, öz istehsal etdiyi məhsullardan hazırlanmış bayram bağlaması hədiyyə edib.

Lahiyə, həm də Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə respublikada tətbiq olunan xüsusi karantin rejimi dövründə insanların evlərindən kənara çıxmaması, bununla da virusa yoluxma riskinin azaldılması məqsədilə həyata keçirilib.

Dünyanın 40-dan artıq ölkəsinə məhsul ixrac edən «Azərsun Holdinq” xüsusi karantın rejimi dövründə həm Bakıda, həm də ölkəmizin müxtəlif bölgələrində sosial aksiyalar keçirərək yüzlərlə imkansız ailəyə yardım göstərib.

Qeyd edək ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nın reallaşdırılmasına öz töhfəsini verən “Azərsun Holdinq”in bütün istehsal müəssisələri, satış, təminat komandası və pərakəndə satış şəbəkələri koronavirusla mübarizə çərçivəsində tətbiq edilmiş xüsusi karantin rejimində də tam qüvvəsi ilə fəaliyyətini davam etdirir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *