Vilayət Eyvazov Suraxanıya yeni polis rəisi təyin etdi

Vilayət Eyvazovdan daha bir təyinat.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakıda polis bölmələrindən birinə rəis təyinatı edib.

PİA.az-ın xəbərinə görə, nazirin əmri ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis mayoru Rəşad Quliyev vəzifəsindən azad olunub.

Nazirin əmri ilə onun yerinə Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəis müavini, polis mayoru Məhəmməd Əhmədbəyli təyin olunub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *