«Uşaqlarıma alimentdən çox pul verirəm»

Müğənni Rəvan Qarayev keçmiş həyat yoldaşları ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi uşaqlarına ödədiyi puldan danışıb. «7 canlı» verilişində qonaq olan Rəvan övladları ilə bağlı sualları cavablandırıb. O, ikinci nikahının 4 il davam etdiyini bildirib:

«Uşaqlara ödədiyim pul çoxdur. Aliment heç nədir. Əslində aliment 300 manatdır. Amma mən alimentdən əlavə də pul verirəm».

Qarayev «Toya neçəyə gedirsən» sualına «4-5 min arası. Karantinə görə 21 toyum qalıb» cavabını verib.

Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub. Onun hər nikahdan bir qız övladı var. Rəvan ikinci xanımı Günayla qalmaqallı şəkildə ayrılıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *