Tiflis Kiyevi hədələdi

«Əgər Saakaşvili Ukrayna Baş nazirinin müavini təyin edilsə, Gürcüstan Kiyevdəki səfirini geri çağıracaq».

Millitribuna.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri Georgi Qaxariya deyib. O, belə təyinatın Tiflis üçün qəbuledilməz olduğunu deyib.

Qeyd edək ki, bundan öncə Saakaşvilinin Ukrayna Baş nazirinin reformlar üzrə müavini təyin olunacağı bildirilmişdi.

Bunun ardınca isə Gürcüstanın Ukraynadakı səfirini geri çağırdığı haqda “Mtavari Arxi” televiziyasısı məlumat yaymışdı. (axar.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *