Şabranda maşın aşdı: 4 yaralı

Şabran rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millitribuna.az xəbər verir ki, hadisə rayonun Gəndob kəndi ərazisində qeydə alınıb.

«Fiat» markalı maşının yoldan çıxıb aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onlar Şabran rayon sakinləri — 1985-ci il təvəllüdlü Musayev Azər Zahid oğlu, 1986-cı il təvəllüdlü Rəsulov Kamil Arif oğlu, 1986-cı il təvəllüdlü Qasanov Ziya Məzahir oğlu və 1986-cı il təvəllüdlü Mirzəliyev Pərvin Nəsrulla oğludur.

Xəsarət alan şəxslər sinif yoldaşları olub. (apa)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *