Prosineçki yenidən Azərbaycan millisində? — Açıqlama

«Kayserispor»un baş məşqçisi Robert Prosineçki millimizi çalışdıracağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Millitribuna.az xəbər verir ki, xorvat mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində bu iddiaları təkzib edib: «Bunu kimin yazdığını bilmirəm. Bunların heç biri olmayıb. Azərbaycandan heç kimlə əlaqə qurmamışam. Belə xəbərlər həqiqət deyil».

Prosineçki ailəsindən də danışıb. Mütəxəssis bildirib ki, Xorvatiyanın paytaxtı Zaqrebdəki zəlzələ ailəsinin yaşadığı binada da hiss olunub. 51 yaşlı mütəxəssisin sözlərinə görə, hadisə zamanı ailəsi çətin anlar yaşayıb: «Zəlzələ binamızın üçüncü mərtəbəsindəki mənzilimizdə də hiss olunub. Qızlarım yaşadıqları qorxuları mənə danışdılar. Onlar üçün olduqca çətin olub. Mən isə ailəmlə birgə ola bilmədim, bu, dəhşətli idi».

Xorvatiyalı baş məşqçi qızlarının zəlzələ vaxtı küçəyə çıxdığını və anaları ilə birlikdə qaynanasıgilə getdiklərini söyləyib: «Evlər xəsarət aldı, divarlar qırıldı, amma hər şey sürətlə bərpa olundu və ailəm bugünlərdə həmin mənzilə qayıtdı. Mənzilin yerləşdiyi bina, şəhərin mərkəzindəki qonşu binalardan daha əla vəziyyətdə idi».

Qeyd edək ki, Prosineçki Azərbaycan millisində 2014-2017-ci illərdə baş məşqçi olub. (fanat.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *