Maşınla vurulan piyada hadisə yerində ölüb

Aprelin 23-də saat 8 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini A.Bayramov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Elburus Əfəndiyevi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *