Dünyada koronavirusdan sağalanların sayı 750 000-i ötdü

Dünyada koronavirusdan sağalanların sayı 750 092 nəfərə çatıb.

“Report” xəbər verir ki, ən çox sağalma Almaniya (106 800), İspaniya (89 250) və ABŞ-da (85 922) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 191 000-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 2 726 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

ÜmumdünyaSəhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanınadınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *