Balıq ovlayanlar cərimələndi

İsmayıllıda balıq ovlayanlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, ölkədə elan edilən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xidmətdə olan zaman rayonun Balik kəndində yerləşən göldən balıq ovlamaq istəyən şəxsləri müəyyən ediblər.

Həmin şəxslər Polis Şöbəsinə gətirilib. Onların İsmayıllı rayon sakinləri- Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəli olduqları məlum olub.

Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək inzibati qaydada cəzalandırılıblar.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *