Bakıda yol qəzası: 1 ölü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü A.Bayramovun idarə etdiyi «VAZ 2107» markalı avtomobil yolu keçmək istəyən 1956-cı il təvəllüdlü E.Əfəndiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.(trend)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *