«Azərbaycan villada yaşayan ailələrdən ibarət deyil»

«Bizim efirlərdə istədiyim filmləri görə bilmirəm. Mövzu seçimində çox çərçivə içində yaşayırıq. Sanki bütün Azərbaycan villada yaşayan ailələrdən ibarətdir. Əsl həyat villanın çölündədir. Əsl həyat o villanın yanında balaca evdə yaşayan, işləyən insanındır. Yolnan gedirik, əla bir yoldur, Avropadayıq. 500 metr bu, 200 metr o tərəfdə real həyat var».

Axşam.az xəbər verir ki, bu sözləri rejissor Aqil M.Quliyev «5/5» verilişində deyib. O, hazırda Azərbaycanda çəkilən serial və filmləri tənqid edib:

«Bizim seriallarda nə kriminal, nə adam öldürən, nə oğurluq var. İdeal həyatdır, utopiyadır. Çünki bizdə senzura var. Gedib borc tapaq, serial çəkək, ancaq Youtube üçün? Baxanda da tənqid etsinlər? Pulsuz baxsınlar. Niyə?

Tək bizdə yox, Amerikada qanunlar bizdən sərtdir. Dünyada «Netflix» var. Dünya onlayn kinoteatra çıxıb, biz hələ düz-əməlli kinoteatr düzəldə bilmirik. Mövzu seçimində biz azad deyilik. Olsun, çərçivə var. Çərçivə daxilində yeni nəsə tapa bilmirik. Gedib sovet dövründə yazılan romanlardan istifadə edək.

Dalbadal 10 kino adı çəkək, onun hamısı kitab əsasında çəkiləndir. Ədəbiyyat lazımdır… Xarici seriallara yana-yana baxıram. Cənubi Koreyanın, Çinin yaratdığı şedevrlər var. Tamaşaçılar bir az məlumatlı olsun, məndən ağıllı olsun. Qapı-qapı gedib sponsor axtarmamalıyam. Mənə sifariş verilməlidir, qiymət deməliyəm, ödənilməlidir. kanal da satıb, pulunu qazanmalıdır».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *