8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları keçiriləcək

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, uşaqlar arasında 8-ci ənənəvi Zirvə Beynəlxalq Uşaq Oyunları start götürəcək.

Dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən budəfəki yarışların təmassız (onlayn) şəkildə keçirilməsi nəzərdə tutulub. Oyunlar ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına uyğunlaşdırılaraq təşkil ediləcək.

Durumu nəzərə alaraq uşaqlar arasında basketbol (səbətə top atma), futbol (məsafədən qapıya zərbə vurma), uşaq atletikası (uzununa tullanma, simvolik nizə atma və s.), kamandan oxatma (azyaşlı uşaqlar üçün uyğunlaşdırılmış avadanlıqlarla) və atıcılıq (azyaşlı uşaqlar üçün uyğunlaşdırılmış avadanlıqlarla) yarışları keçiriləcək.

#evdəqalsağlamqal prinsiplərinə uyğun olaraq, gərəkdiyi halda, avadanlıqların hər bir yeniyetmə idmançının evinə qədər daşınması və fərdi yarışma şansının verilməsi nəzərdə tutulub. Bu imkan olmadığı halda idmançıların onlayn şəkildə qoşularaq canlı yayında evlərindən bu hərəkətləri etməsi planlaşdırılır.

Yerində və ya onlayn olmasından asılı olmayaraq yerinə yetirilən təmrinlər yarışda iştirak kimi qeydə alınacaq, nəticələr emal edilərək bütün iştirakçılar arasında hər növ və hər növdə hər yaş qrupu üzrə ayrıca qaliblər mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qalib və medalçılara hədiyyələr və mükafatları karantin rejiminin qaydalarına uyğun olaraq ilkin mərhələdə elektron formada, daha sonrasında yarışların bağlanış mərasimində real şəkildə təqdim ediləcəkdir. Yarışların təqvimi və vaxt cədvəli, həmçinin yarışların əsasnaməsi bütün təfərrüatlar nəzərə alınaraq yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla onlayn yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, Heydər Əliyev irsini qorumaq və davam etdirmək.

Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci «Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *