«WhatsApp»a koronavirus stikerləri əlavə olunub

WhatsApp messengerinə «Evdə birlikdə» adı altında stikerlər əlavə olunub.

Millitribuna.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə ortaq iş kimi yaradılan paket 21 stikerdən ibarətdir.

Hazırda istifadəyə verilən stikerlər ərəbcə, ispanca, türkcə, fransızca, almanca, italyanca, rusca nəzərdə tutulub. Yeni stikerlərdən istifadə etmək üçün WhatsApp-da stikerlər bölümünü açmaq, sağda yerləşən «+» işarəsinə vuraraq onları yükləmək lazımdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *