“Santa-Barbara”nın ulduzu vəfat edib

«Santa-Barbara» serialı ilə məşhurlaşan amerikalı aktyor Tom Lester vəfat edib.

Millitribuna.az axsam.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun qardaşı Maykl sosial şəbəkədə məlumat verib.

82 yaşında parkinson xəstəliyindən dünyasını dəyişən Tom Lesterin dəfn mərasimi aprelin 24-də keçiriləcək.

Qeyd edək ki, mərhum aktyor «Çağrılmamış qonaq», «Yaşıl sahə», «Benci», «Amerikansayağı sevgi» kimi serial və filmlərdə də rol alıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *