Quldurluq edən keçmiş məhkum saxlanılıb

Aprelin 22-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini S.Süleymanova Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir nəfərin onu bıçaqla hədələyib 50 manat pulunu aldığını bildirib.

Millitribuna.az xəbər verir ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *