Azərbaycanlı gənc ABŞ-da ölü tapıldı

Həmyerlimiz Amerika Birləşmiş Ştatlarında avtomobilində ölmüş vəziyyətdə tapılıb.

Trend-in məlumatına görə, hadisə Şimali Karolina ştatında qeydə alınıb.

Seymur Hüseynov adlı azərbaycanlı gənc ötən gün şəxsi avtomobilində ölü vəziyyətdə aşkarlanıb.

Dünyasını dəyişən şəxsin yaxınlarının sözlərinə görə, S.Hüseynov hələ də Azərbaycan vətəndaşı olub və «Green Card» vasitəsi ilə Amerikaya köçüb.

Artıq hadisə ilə bağlı Azərbaycanın Amerikadakı səfirliyi ilə əlaqə saxlanılıb.

Yaxın günlərdə S.Hüseynovun nəşi ölkəyə gətiriləcək.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *