Azərbaycanda bankların dollara tələbi artıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

«APA-Economics»in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 59,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 aprel 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 52,3% və ya 20,3 mln. artıb.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Ümumiyyətlə, bu ilin martın 10-dan bu günə kimi 15 hərrac keçirilib ki, bu hərraclarda banklar 2 064,5 mln. dollar əldə edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *