UEFA-dan təkzib: «ÜST bizə tövsiyə verməyib»

«Placar» jurnalı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası səbəbindən UEFA-ya 2021-ci ilin sonuna kimi beynəlxalq futbol turnirlərinin ləğvini tövsiyə etdiyinə dair xəbər yaymışdı.

Fanat.Az xəbər verir ki, UEFA məlumatı təkzib edib. Qurumun sözçüsü «Independent»ə açıqlamasında qeyd edib:

«Bu, doğru deyil. ÜST 2021-ci ilin sonuna kimi futbol turnirlərini keçirməməklə bağlı bizə tövsiyə verməyib».

Qeyd edək ki, ÜST-ün UEFA-nın qərarlarına və beynəlxalq futbol təqviminə təsir etmək hüququ yoxdur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *