Sumqayıtda fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Millitribuna.az xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb. Belə ki, ərazidə tikilən hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən Abşeron rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Bəhruz Akif oğlu 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *