Şabranda 32 yaşlı kişi bıçaqlandı

Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Millitribuna.az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Elnur Bağırov şəxsi münasibətlər zəminində həmkəndlisi Hüseyn Eyyubovla mübahisə edib. Mübahisə dava ilə nəticələnib və H.Eyyubov E.Bağırovu bıçaqlayıb. Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *