Niderlandda sentyabrın 1-ə kimi futbol oynanılmayacaq

Niderlandda futbol oyunları sentyabrın 1-dək dayandırılıb.

Qol.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mark Rutte məlumat verib. O, matçlarla yanaşı, bütün kütləvi tədbirlərin sentyabrın 1-i kimi keçirlməyəcəyini bildirilib. M.Rutte bu qərarı koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə verdiklərini bildirib.

Qeyd edək ki, Niderlandda bundan əvvəl futbol qarşılaşmaları iyunun 1-ə kimi təxirə salınmışdı.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *