Manaf Ağayev: «Bəzi məmurların övladları nə gündədir»

Tanınmış müğənni Manaf Ağayev lent.az-ın canlı yayımında qonaq olub.

Millitribuna.az xəbər verir ki, Ağayev bəzi gənc sənətçilərin davranış problemindən danışıb:

«Hər zaman özümdən yaşda böyük sənətkarlara hörmətlə yanaşmışam. Hətta qalxıb stulumu vermişəm, gedib stul gətirmişəm. Amma indiki oxuyanların bəziləri məclisə gələn kimi deyir ki, məni tez yola salın, oxuyum gedim. Ayıb olsun sənə! Guya sən məndən icazə istəsən yox deməyəcəyəm ki. Bəziləri deyir ki, müğənni ailəsindən qız almaram, qız vermərəm. Əgər bir adamın qanında pis şey varsa, peşəsinin dəxli yoxdur. Mənim ailəm də, tərbiyə verdiyim övladlar da göz qabağındadır. Bəzi məmurların övladları nə gündədir. Sənin genində kişilik yoxdursa, sonradan mümkün deyil».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *