Hüquqi yardımla bağlı LegalAid Mobil tətbiqi istifadəyə veriləcək

LegalAid LLC və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə yaradılan LegalAid Mobil tətbiqi istifadəyə veriləcək.

Millitribuna.az xəbər verir ki, mobil tətbiqi yaxın zamanda telefonlarınıza yükləyə biləcəksiniz.

Qeyd edək ki, bir müddət əvvəl bu barədə Vəkillər kollegiyasının sədri Anar Bağırov da açıqlama vermişdi.

A. Bağırov qeyd edib ki, yaxın zamanlarda istifadəyə veriləcək mobil tətbiq İKT texnologiyalarını özündə ehtiva edən bir platformadır: «Biz uzun müddətdir ki, bu platforma üzərində çalışırıq və əminəm ki, yaxın vaxtlarda hər kəs bunun faydasını görəcək. Hər bir şəxs proqramı mobil telefonuna yükləməklə, istənilən sahə üzrə vəkil tapmaq imkanına malik olacaq. Təbii ki, həm yazılı, həm də şifahin qaydada hüquqi məsləhətlər veriləcək».

Sədrin sözlərinə görə, bütün bu imkanlar ona gətirib çıxaracaq ki, vətəndaş və ya sahibkara istənilən vaxt hüquqi yardım göstəriləcək: «Vəkillər də oradan əlavə gəlir əldə edəcəklər. Proqram vasitəsilə vəkillər vətəndaşlara, sahibkarlara daha yaxın olacaqlar». (E-huquq.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *