“Bütün işlər üstümdə qalıb” — Mələkxanım Əyyubova

“Sənət adamı evdə darıxa bilməz. Yaradcılıqla məşğulam”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova İTV-də yayımlanan “Gəl, qonaq ol” proqramında deyib.

Sənətçi karantin günlərini necə keçirməsi barədə danışıb:

“Piano arxasında tələbələrimə onlayn dərs keçirəm. Gec-gec ifa etdiyim əsərləri təkrarlayıram. Piano və qarmon üzərində barmaqlarım yatırdı, onları işlədirəm.

Həm də ailəmin işləri var. Köməkçilər çox gələ bilmir. Bütün işlər üstümdə qalıb. Övladlarımın iksi ailə qurub, iksi evdədir. Onlar da mənə kömək edirlər. Günümüzü elə planlaşdırırıq ki, darıxmayaq. İnsan biləndə ki, evdə məcburiyyətdən oturub, dünyamızda narahatlıq var, ona görə sıxıntı keçiririk. Bu sıxıntıları səbrlə dəf edəcəyik”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *