«Azercell» bu sorğular üçün xidmət haqqını dayandırır

Yerli bazarın lider mobil operatoru Azercell Telekom MMC koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə abunəçilərinə dəstək olmağa davam edir.

Millitribuna.az xəbər verir ki, «Azercell» aprel ayının 10-dan etibarən Paycell xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqı tətbiqinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Xatırladaq ki, Paycell xidməti çərçivəsində istənilən Fakturasız Xətt (SimSim) nömrənin balansına 0.2 AZN, 0.5 AZN və ya 1 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Bu təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd etməklə, müvafiq olaraq 9204, 9200 və ya 9202 qısa nömrələrinə mesaj göndərmək kifayətdir.

Xidmət haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/ səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *