Avroviziya təmsilçimiz TV-ləri tənqid etdi

«Avroviziya-2008» təmsilçimiz Elnur Hüseynov «ADDIM” İctimai Birliyinin İnstaqramda canlı yayımına qonaq olub.

Teleqraf.com xəbər verir ki, Türkiyədə yaşayan Elnur Hüseynov televiziyaya çıxmamasının səbəbini açıqlayıb: «Televiziyalara çıxmıram. Bəziləri deyir, tənbəldir. Efirə çıxmaq istəmədiyimi gizlədirəm. Ona görə də deyirlər ki, yatıb qaldı. Televiziyaya çıxmaqdan utanıram. Hazırda İTV və AzTV düzəlib».

Elnur Hüseynov yaradıcılıq planlarından da danışıb: «Sənətdə pul lazımdır. Maddi problemlər olurdu, layihə, ailə, ev…Yeni layihələrimi təqdim edəcəm».

O karantin rejimini necə keçirdiyini də açıqlayıb: «Evdə musiqi dinləyirəm. Bütün dünyada və xalqımızda pul problemi oldu».

Müğənni heyvan sevgisindən də danışıb: «Evimdə pişik və it var. Uşaq belə bir daş götürüb heyvana atsa, gələcəkdə arvadını, uşağını döyəcək».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *