Tramp «WTI» markalı neftin ucuzlaşmasından danışıb

«WTI» markalı neftin qiymətinin düşməsi əsasən maliyyə təzyiqləri nəticəsində baş verən qısamüddətli haldır.

Millitribuna.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: «Əgər siz bir ay əvvələ nəzər salsanız, düşünürəm ki, bir barelin qiyməti təxminən 25-28 dollar idi. Bu, neft məsələsindən daha çox maliyyə məsələsidir.  Bu, sadəcə maliyyə təzyiqidir. Daha əvvəl heç kim neftin qiymətinin mənfiiyə düşməsi barədə eşitməyib, lakin bu qısamüddətli haldır».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *