Rusiyada yüzə yaxın jurnalist koronavirusa yoluxdu

“Rusiyada yüzə yaxın jurnalist koronavirusa yoluxub, 500-ə yaxın insan isə karantində və ya özünütəcrid şəraitindədir”.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin mətbuat konfransında deyib.

O, bu yaxınlarda Moskvada koronavirusa yoluxan jurnalistlərdən birinin vəfat etdiyini təsdiq edib.

Qeyd edək ki, Rusiyada son sutka ərzində koronavirusa 5642 yeni yoluxma qeydə alınıb və virusa yoluxanların ümumi sayı 52 min 763-ə çatıb.

Ölkənin Operativ Qərargahının yaydığı məlumata görə, sutka ərzində 51 xəstə ölüb, koronavirusdan ümumi ölüm sayı 456 nəfərdir.

Operativ Qərargahdan həmçinin bildirilib ki, Rusiyada indiyədək koronavirusa yoluxanlardan 3 873 nəfər sağalıb.

Daha bir maraqlı məqam: yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb — 2 567.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *