Messinin «Barsa»dakı gələcəyi necə olacaq?

«Barselona»nın baş məşqçisi Kike Setyen Lionel Messinin komandadan ayrılacağı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Fanat.Az «Onda Cero»ya istinadən xəbər verir ki, Setyen argentinalı futbolçunun növbəti mövsüm «Barsa»da çıxış edəcəyinə dair əminliyini ifadə edib:

«Messi evdə məşq edir. Evində idman zalı olmayanların tapşırıqları yerinə yetirə bilməsi üçün klub tərəfindən lazımi ləvazimatlar göndərilib.

Messinin növbəti mövsüm «Barsa»da oynayacağından tamamilə əminəm. Leo klubun qələbəyə köklənmiş komanda qurduğundan əmin olmasa, yəqin ki, çıxıb gedərdi. Amma «Barselona» həmişə təməlində qələbə olan layihələrə imza atır».

Messinin katalon klubu ilə olan müqaviləsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *