Lukaşenko: “Hamı məni dişləməyə çalışır”

«Digər ölkələrlə müqayisədə Belarus kənardan tənqid üçün bir fürsət olan koronavirus pandemiyası ilə mübarizədə daha hazırlıqlı oldu».

Millitribuna.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko hesab edir ki, artıq koronavirus siyasətə çevrilib: «Hamı Belarusu, Lukaşenkonu dişləməyə çalışır. Buna görə təəccüblənməyin. Bütün bunlar ona görədir ki, biz sistemi xilas etdik və qaydasına saldıq. Beləliklə, biz bu infeksiyaya daha çox hazır olduq. Ancaq səbəb yalnız bu deyil».

Belarus Prezidenti, həmçinin koronavirusdan və digər infeksiyalardan, ürək-damar xəstəlikləri, onkologiya, diabetə nisbətən daha az insanın öldüyünü qeyd edib:

«Dünyadakı hər kəs, xüsusən də Rusiyada məni lağa qoyurlar, sanki danışılacaq başqa heç nə yoxdur. Deyirlər ki, Lukaşenko Belarusda heç kimin koronavirusdan ölmədiyini bildirir. Bir daha deyirəm, insanlar xroniki xəstəliklərdən ölür və virus zəif immuniteti olanları haqlayır. Mənim düşüncəm bundan ibarətdir». (virtualaz.org)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *