Elgizdən Afaq Bəşirqızı ilə bağlı paylaşım

Xalq artisti Afaq Bəşirqızının canlı yayım zamanı aparıcı Elgiz Əkbərə zəng edərək, nalayiq ifadələr işlətməsi və bu səbəbdən ARB TV-nin yayımının dayandırılması gündəmin əsas qalmaqallı olaylarından birinə çevrilib.

Yayılan iddialara görə, televiziya rəhbərliyi həmin verilişi tamamilə bağlayıb, aparıcı Elgiz Əkbəri isə işdən azad edib. Lakin Elgiz Əkbər “Redaktor”a açıqlamasında deyilənlərin yalan olduğunu bildirib:

“Mən bilmirəm, xəbərim yoxdur. İşdən çıxarıldığımı kim deyir? Kim yazıb onu? Mənim hələ heç nədən xəbərim yoxdur”.

Bütün bu qalmaqallara baxmayaraq, aparıcı Elgiz öz “İnstagram” səhifəsində xalq artisti Afaq Bəşiqızı ilə bağlı ilginc paylaşım edib. Belə ki, aparıcı xalq artisti ilə olan səmimi fotosunu paylaşaraq, qeyd edib: “Canımın içi”. Elgiz Əkbərin paylaşımının şərh bölümünü bağlaması da diqqətdən yayınmayıb.

Xatırladaq ki, xalq artisti Afaq Bəşirıqız izləyicilərin “Xalqdan üzr istəməlidir” tələblərindən sonra 22 min izləyicisi olan səhifəsindən yalnız bir müsahibəsini saxlamaqla bütün paylaşımlarını silib, profilinin adını dəyişərək “meduzatime” edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *