Çempionlar Liqası matçlarının yeni tarixi müəyyənləşdi

UEFA koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Çempionlar Liqası matçları ilə bağlı qərarını verib.

«Report» «Corriere dello Sport'»a istinadən xəbər verir ki, qitənin 1 nömrəli klub turnirində 1/8 final mərhələsinin oyunları tamamlandıqdan dərhal sonra 1/4 finalın püşkü atılacaq.

İddiaya görə, bu mərhələnin qarşılaşmaları 11-15 avqust tarixlərində, yarımfinal görüşləri isə 18-22 avqustda olacaq.

Final matçının isə avqustun 29-da baş tutacağı bildirilib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *