«Böyük sarsıntı keçirdim, depressiyaya düşdüm» — Nərgiz Cəlilova

«Koronavirusu bir neçə mərhələdə yaşadım. Virus yayılanda əvvəl inanmadım. Sonra gördüm ki, zarafat deyil, bütün dünyaya yayılıb, inanmağa başladım. Çox böyük sarsıntı keçirdim, depressiyaya düşdüm. Rəfiqələrim soruşurdu ki, niyə səndən xəbər yoxdur? Bir dostum dedi ki, əgər depressiyaya düşərsənsə, onu pik həddə çatdır, yavaş-yavaş adi hala qayıdacaqsan. Mən də depressiyanın pikinə çatdım. Heç kimlə danışmadım, bədbin filmlərə baxdım və kömək etdi».

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova Bəhram Bağırzadənin sosial şəbəkədə canlı yayımda qonağı olarkən deyib. Aparıcı koronavirus infeksiyasına görə depressiyaya düşdüyünü etiraf edib.

Cəlilova karantin günlərini necə keçirməyindən danışıb. O bildirib ki, hazırda tək yaşayır:

«Evdə tək yaşayıram. Köməkçim gələ bilmir. Başladım ev işləri görməyə, yemək bişirdim, eyvanda güllərim var onlarla vaxt keçirirəm. Daha pozitiv filmlərə baxmağa başlayıram.

Əvvəl insanlar qaydalara riayət etdi, evdə qaldı. Sonra başladılar darıxmağa, aqresivləşməyə: söz atdılar, təhqir etdilər, ittihamlar irəli sürmək. Bu cür hadisələrlə üz-üzə qaldıq. Biz hər dəqiqə çağırışlar edirik, bir yerdə olaq, virusa qalib gələk. Necə oldu bizim birliyimiz? Suallar qarşısında qaldım. İnsanlar qalmaqalsız qalıb. Hamını xoşniyyət olmağa səsləyirəm.

Əminəm ki, karantin rejimi bitəndən sonra işləməyə həvəs daha da artacaq. İnşallah, tezliklə bu bəla başımızın üstündən rədd olub getsin.

Mənim ürəyimdə bir iddia da var: bunun bir oyun olduğunu da beynimdən keçirirəm. Karantin bitəndən, həyat əvvəlki axarına düşəndən sonra fəsadı nə olacaq, bilmirik. Ümid edirəm ki, bir yuxu kimi keçib getsin. Yəqin bunun tüstüsü çıxacaq. Çünki bu fikir beynimi düşündürür».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *