Baş direktor: «ÜST ABŞ və digər ölkələrdən heç nə gizlətmir»

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus təşkilatın ABŞ və digər ölkələrdən heç bir şey gizlətmədiyini bildirib.

Millitribuna.az APA-ya istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirilən brifinqdə danışarkən deyib və təşkilatın ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərinin mütəxəssisləri ilə sıx əməkdaşlıq etdiyini də xatırladıb.

«ÜST-də heç bir sirr yoxdur, çünki söhbət insan həyatından gedir. Eyni zamanda, amerikalı mütəxəssislərlə əməkdaşlıq ABŞ-dan heç bir şeyin gizlədilməməsi deməkdir», — deyə ÜST rəhbəri izah edib.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *