UEFA-nın yeni planı: ÇL və AL avqustda keçiriləcək

Koronavirus pandemiyası səbəbiylə dayandırılan UEFA Çempionlar Liqası və Avropa Liqası ilə bağlı daha bir plan məlum olub.

Millitribuna.az komanda.az-a istinadən xəbər verir ki, UEFA sözügedən iki turnirin avqust ayında keçirilməsini təklif edir. Əvvəlcə yerli liqaların tamamlanması, daha sonra UEFA turnirlərinin keçirilməsi düşünülür. Bu plan reallaşsa, ÇL və AL-də oyunlar üç gündən bir keçiriləcək. Çempionlar Liqası avqustun 7-də bərpa olunacaq və turnirin qalan bütün oyunları İstanbulda keçiriləcək. Yarışın final oyununun avqustun 29-da keçirilməsi düşünülür.

Avropa Liqasının qalan oyunları isə avqustun 2-3-də bərpa olunacaq və Qdanskda keçiriləcək. Yarışın yarımfinal oyunlarının 17-20 avqustda, final matçının isə avqustun 27-də keçirilməsi planlaşdırılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *