Qusarda yol qəzası: Sərnişin öldü

Qusar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 23 radələrində Qusar rayonunun Həsənqala kəndi ərazisində kənd sakini B.Mustafayev idarə etdiyi “NAZLifan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişin Balaqusar kənd sakini Taləddin Musayev hadisə yerində ölüb.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *