Polşa prezidenti: «Seçki keçirilməsə xaos olacaq»

 

«Koronavirus pandemiyasına baxmayaraq, Polşada prezident seçkisini mayın 10-da keçirmək vacibdir».

“Report” “RT”yə istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda bildirib.

“Seçkilərin polşalılara təhlükə yaradacağını deyənlər başa düşməlidir ki, seçkilərin keçirilməməsi dövlətin iflici ilə nəticələnəcək. Yeni qaydalar və normalar lazım olacaq. Koronavirus pandemiyası ilə əlaqədar yaranan iqtisadi böhran aradan qaldırılmalıdır. Bunun üçün isə yeni seçkilər keçirilməlidir”, — o vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Polşa prezident seçməzsə ölkədə xaos olacaq.

Qeyd edək ki, aprelin 6-da Polşa parlamenti poçt üzrə məsafədən səsvermə haqqında qanun layihəsini qəbul edib. Cari il mayın 10-da Polşada prezident seçkisinin birinci turu keçirilməlidir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *