«Oğlum öləndə ağlamağa utandım» — Nailə Mirməmmədli

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli olub.

Tanınmış bəstəkar, oğlunun ölümündən söz açıb. O, oğlunu itirdikdən sonra bir çox sənətçilərin ona təsəlli verdiyini, lakin ən böyük təsəllini isə bir xanımın verdiyini bildirib:

“Həmin ağır günlərimdə bir çox sənətçilər, qohumlar mənə təsəlliverici sözlər deyirdilər. Lakin gənc oğlumu itirdiyim üçün heç bir söz mənə təsir etmirdi. Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Mən sözün həqiqi mənasında vətənpərvərəm, boğazdan yuxarı vətənpərvərlik edən insan deyiləm, vətənimi çox sevirəm! Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım ki, camaatın balası vətən üçün şəhid olur, mənim oğlum isə suda boğulub”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *