İranın xarici İşlər naziri sabah Suriyaya gedəcək

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bazar ertəsi Suriyaya səfər edəcəyini söyləyib.

APA İRNA-ya istinadən bildirir ki, Musavi İran Xarici İşlər nazirinin bir günlük səfər çərçivəsində suriyalı həmkarı Vəlid əl-Muallim və Prezident Bəşər Əsədlə görüşəcəyini deyib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri, regional hadisələri, Suriyanın terrorizmlə mübarizəsini və son hadisələri müzakirə edəcəklər.

Qeyd edək ki, Zərif sonuncu dəfə mart ayında Suriyada olub. Bu ilin yanvar ayında isə xarici işlər naziri və Suriyanın müdafiə naziri Tehranda görüşüb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *