Gömrükçülər daha 145 aztəminatlı ailəyə yardım ediblər

 

Dövlət Gömrük Komitəsi tərəfindən koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.

DGK Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 145 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *