Ermənistanın Birinci kanalı Paşinyanı ələ saldı

 

Ermənistanın İctimai Televiziyasında (Birinci Kanal) baş nazir Nikol Paşinyanla bağlı yayımlanan video qalmaqala səbəb olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Paşinyanın xalqa müraciətindən əvvəl qeydə alınan görüntülər yayılıb. Həmin videoda baş nazirin qəribə hərəkətləri və davamlı olaraq öskürməsi diqqət çəkib.

Məsələ ilə bağlı Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qriqoryan bildirib ki, canlı yayımdan əvvəl lentə alınan kadrları efirə vermək kanal işçilərinin peşəkar olmamasını göstərir. Hökumət sözçüsü kanal rəhbərliyindən baş verənlərə aydınlıq gətirməyi tələb edib.

Sosial şəbəkə istifadəçiləri İctimai kanalda yayımlanan görüntüləri montaj edərək Paşinyanı ələ salmağa başlayıblar. Belə ki, Paşinyan öskürdüyü zaman fona koronavirus fotoları yerləşdirərək baş nazirin virusa yoluxduğuna işarə ediblər.

Ermənistanın Birinci Kanalı Paşinyanı belə ələ saldı….

Ermənistanın Birinci Kanalı Paşinyanı belə ələ saldı….

HAYqıran paylaştı: 19 Nisan 2020 Pazar

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *