E-Manat terminalından 2400 manat oğurladı

Azərbaycanda ödəmə terminalından və mağazadan oğurluq etmiş şəxs tutulub.

Millitribuna.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də rayon ərazisindəki mağazaların birindən 200 manat və tütün məmulatı, habelə orada quraşdırılmış “E-manat” ödəmə terminalından sındırmaq yolu ilə 2047 manat oğurlamaqda şübhəli bilinən Göygöl şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abbasov saxlanılıb.

Həmin şəxsin ətrafında əlavə araşdırmalar aparılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *