Dünyanın ən sürətli futbolçuları açıqlandı

Dünyanın ən sürətli 10 futbolçusunun adı bəlli olub. 

«Report»un məlumatına görə, bu barədə Fransanın «Le Figaro» qəzeti araşdırma aparıb. Ən sürətli oyunçu Fransa millisinin və PSJ-nin üzvü Kilian Mbappedir — 36 km/saat.

İkinci yerə İspaniyanın «Atletik» (Bilbao) klubunun hücumçusu İnyaki Uilyams layiq görülüb — 35,7 km/saat.

Üçüncü sırada isə İngiltərə «Arsenal»ında çıxış edən Pyer-Emerik Obameyanq (35,5 km/saat) qərarlaşıb.

İlk «10-luq»da həmçinin Məhəmməd Salah («Liverpul», İngiltərə), Kinqsli Koman («Bavariya», Almaniya), Alvaro Ordiosola, Naço Fernandes (hər iki «Real Madrid», İspaniya), Kərim Bellarabi («Bayer», Leverkuzen, Almaniya), Kayl Uoker və Leroy Sane də ( hər ikisi «Mançester Siti», İngiltərə) var.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *