«Çelsi» maaşları azaldır

«Çelsi» koronavirus pandemiyası ilə əlaqədar yaranan vəziyyət səbəbindən futbolçuların maaşlarını azaltmaq qərarına gəlib.

Fanat.Az «The Sun»a istinadən xəbər verir ki, oyunçular təklifi qəbul ediblər. Növbəti 4 ay ərzində onlar əvvəlki məvaciblərindən 10% daha az alacaqlar. Kapitan Sesar Aspilikueta komanda yoldaşları arasında məsələni qaldırıb və futbolçuların razılığını alıb.

Baş məşqçi Frenk Lempard isə maaşının 25% azaldılmasına razılıq verib.

Beləliklə, «Çelsi» Premyer Liqada əmək haqlarını azaldan ilk klublardan biri olacaq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *