Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadılıb.

Millitribuna.az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00.00-dək uzadılıb.

Qeyd edək ki, uzadılmış karantin rejimindən mərhələli çıxış planı hazırlanaraq, bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.

Eyni zamanda, ölkədəki sanitar-epidemioloji vəziyyət təhlil edilərək uzadılmış karantin rejimi dövründə ayrı-ayrı sahələrdə tətbiq olunan məhdudiyyətlərin yumşaldılması da istisna edilmir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *