Heç vaxt üzr istəməyənlər daha xoşbəxtdirlər

Psixoloq-alimlər heç vaxt üzr istəməyən insanların daha xoşbəxt olduğunu müəyyənləşdiriblər.

Millitribuna.az xəbər verir ki, araşdırma “European Journal of Social Psychology” dərgisində dərc edilib.

Tayler Okimotonun rəhbərliyi altında bir qrup avstraliyalı psixoloq insanların üzr istəməkdən qaçınmasından niyə mənəvi məmnunluq aldıqlarını araşdırmaq qərarını verib.

Onlar 228 amerikalıdan indəyədək törətdikləri həm xırda (məs., yol-nəqliyyat), həm də ciddi (məs., oğurluq) qanun pozuntularını yada salmağını istəyiblər. Bundan sonra könüllüləri 2 qrupa ayırıblar: birincilərdən üzr istəməklə, ikincilərdən isə bundan imtina ilə bağlı məktub yazmağı istəyiblər.

Psixoloqlar gözləntilərin tam əksi bir qənaətə gəliblər: üzr istəməkdən imtina edənlər daha çox məmnunluq hiss ediblər, nəinki günahı boynuna alanlar.

“Siz üzr istəməkdən vaz keçəndə özünüzü daha güclü hiss edirsiniz, özgüvəniniz artır”, — Tayler Okimoto açıqlayıb.

Araşdırmaçılar üzr istəməkdən imtinanın heç də düzgün olduğunu iddia etmirlər. Günahı boynuna almağın faydaları çoxdur – bu, nəinki insanlar arasında, hətta ölkələrarası münasibətlərin də bərpasına kömək edir.

T.Okimoto eksperimentlərin insanları üzr istəməyə necə təkan verməyə yardımçı olacağını güman edir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *